Arxiv
7 Fevral 2012, 09:21 | FOTOSÖHBƏT
ADP sədri Sərdar Cəlaloğlu ilə fotosöhbət

Sərdar Cəlal oğlu Məmmədov 1954-cü il iyunun 3-də Naxçıvan Muxtar Respublikası Babək rayon Cəhri kəndində ziyalı ailəsində anadan olub.

1960-70-ci illərdə orta təsilini Ordubad və Bakı şəhərlərində alıb.

1970-1977-ci illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb. İxtisasca məhkəmə-tibb ekspertidir.

1988-1990-cı illərdə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub.

26 yanvar 1991-ci ildə təsis edilən Azərbaycan Demokrat Partiyasının təşəbbüs qurupunun rəhbəri və təsisçilərindən biri, 1991-94-ci illərdə ADP təşkilat komitəsinin sədri, 1994-96-cı illərdə partiyanın ilk sədri seçilib. 1999-cu ildə həyatına qəsd olunub, nəticədə ağır kəllə-beyin travması alıb.

Cəlaloğlu 1996-2005-ci illərdə ADP-nın baş katibi, 2005-2007-ci illərdə sədrin I müavini olub. 2007-ci ildə ADP-nın 9-cu qurultayında yekdilliklə sədr seçilib.

2008-ci ildə ADP tərəfindən 2008-ci il prezident seçkilərinə namizədliyi irəli sürülüb. “Haray” və “Hürriyyət” qəzetinin və "Oyanış" dərgisinin təsisçisi olub.

Fəlsəfəyə, qlobalizasiyaya və tibbi etnoqrafiyaya aid monoqrafiyaların və yüzlərlə elmi-fəlsəfi məqalənin müəllifidir.

Siyasi fəaliyyətinə görə, 3 dəfə qısa müddətli həbs olunub. Sonuncu dəfə 2003-cü il prezident seçkilərindən sonra 4 il 6 ay müddətinə həbs edilib və Avropa Şurası tərəfindən siyasi məhbus kimi tanınaraq azadlığa buraxılıb.
Bir neçə kitabın müəllifidir.

Evlidir. Üç oğlu bir qızı var.

Əsərləri:

“Mahiyyət” - fəlsəfi traktat əsər;
“Azadliğa məhkumuq” - siyasi-publistik məqalələr toplusu;
“İnsanlar və adamlar” – fəlsəfi kəlamlar;
“Türkəçarə” - tibbi-etnoqrafik əsər;
“İlahi siyasət-Tərəqqinin fəlsəfəsi” – elmi-fəlsəfi triologiya.

 

1963-cü il. Orta məktəb illərindən qalan şəkil... Diqqətlə baxsanız, məni tanıyarsınız.

 

1969-cu il. Yeniyetməlik çağı...

 

1971-ci il. Böyük qardaşımla...

 

1971-ci il. Tələbəyəm...

 

 

 

Tələbəlik illərindən xatirə qalan şəkillər...

 

1975-ci il. Tibb Universitetində təhsil alarkən.

 

Hərbi xidmətdə...

 

1978-ci il. Əsgərlik. Növbətçiyəm...

 

1980-ci il. Gənclik dövrü...

 

1981-ci ildə Kiyev ixtisasartırma kursundayıq...

Həmin il Kiyevdə çəkilən daha bir şəkil.

 

1983-cü il. Böyük oğlum.

 

1984-cü il.

 

1984-cü il.

 

1988-ci il. Xalq hərəkatının üzvlərilə...

1990-cı ilin yanvarı...

 

Bu şəkil də 1990-cı ildən yadigardı.

 

20 yanvar olayları həyatımızda silinməz izlər qoydu.

 

1990-cı ilin fevral ayıdır...

 

1992-ci il. ADP Təşkilat Komitəsinin sədriyəm.

 

Bu şəkil 17 il öncə, 1995-ci ildə çəkilib.

 

2002-ci il. Oğlumla birgə...

 

2003-cü ildəki prezident seçkilərindən sonra qanunsuz olaraq həbsxanaya salındıq.

 

Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə ilə...

 

Xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatında öz yeri var.

 

2005-ci ildə müxaliət liderləri Avropa Şurasının baş katibi Terri Devislə görüşür.

2005-ci il. "Azadlıq" Seçki Bloku Liberal Partiyası ilə saziş imzalayır.

Böyük oğlum Tural öz oğlu Atilla ilə birgə.

Ortancıl oğlum Cəlal Böyük Britaniyadadır.

Qızım Tulay kiçik qardaşının oğlu Raulla birgə.

“Təfəkkür” Universitetinin iqtisadiyyat fakültəsini bitirən kiçik oğlum Cavid.  

Azərbaycan Demokrat Partiyasının qurultayında...

İstirahət vaxtı...


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Diaspora Dəstək Fondu təlimlərə başlayır 28 Yanvar 2021, 16:36 Bakıda daha bir erməni terrorçuya cinayət işi açıldı 28 Yanvar 2021, 16:30 YAP “Vahid Rusiya” Partiyasına ETİRAZ ETDİ 28 Yanvar 2021, 16:24 Türkiyəli deputatlar Ermənistanın ərazi iddiasına GÜLDÜLƏR 28 Yanvar 2021, 16:18 İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Publisist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozan dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22