Modern.az

Pezeşkiandan 10 milyard dollarlıq təklif

Pezeşkiandan 10 milyard dollarlıq təklif

Dünya

12 Sentyabr 2026, 12:20

İran Prezidenti Məsud Pezeşkian BRİKS çərçivəsində iri infrastruktur və enerji layihələrinin risklərinin qarşılanması üçün 10 milyard dollar ilkin kapitalla birgə təkrarsığorta şirkətinin yaradılmasını təklif edib.

Modern.az xəbər verir ki, Pezeşkian bu barədə Yeni Dehlidə keçirilən BRİKS Biznes Forumunda çıxışı zamanı danışıb.

İran Prezidenti, həmçinin BRİKS ölkələri arasında qarşılıqlı ticarətdə milli valyutalardan daha geniş istifadə olunmasına çağırıb.

O, Yeni İnkişaf Bankının rolunun gücləndirilməsinin və xammal ticarətindən birgə sənaye istehsalına keçidin vacibliyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...