Modern.az

Helikopter dənizə düşdü: ölənlər var

Helikopter dənizə düşdü: ölənlər var

20 Avqust 2019, 20:33

Yunanıstanda Poros adası yaxınlığında şəxsi helikopter qəzaya uğrayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  hadisə zamanı helikopterin pilotu və 2 sərnişin - qadın və uşaq ölüb.

Sərnişinlərin Rusiya vətəndaşı olduğu deyilir.

Şahidlərin sözlərinə görə, helikopter havada çevrilib, daha sonra partlayış olub və hava gəmisi dənizə düşüb.

Hazırda qəza yerində axtarışlar aparılır. Poros adası hadisədən sonra işıqsız qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?