Modern.az

Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü

Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü

Aktual

21 Avqust 2019, 22:25

Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində yaşayan 50 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 80 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək