Modern.az

Gürcü “oğru”nu azərbaycanlı avtoritetin qarşısında DÖYDÜLƏR

Gürcü “oğru”nu azərbaycanlı avtoritetin qarşısında DÖYDÜLƏR

27 Avqust 2019, 13:58

Türkiyədə “qanunda oğru” Nadir Səlifovun (Lotu Quli) iştirak etdiyi görüşdə 35 yaşlı gürcü “qanunda oğru” Quram Çixladze döyülüb.

 

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, 35 yaşlı Çixladze Rövşən Lənkəranskinin qohumları ilə sıx dostluq münasibətlərində olub. Bundan qəzəblənən “Lotu Quli” mərhum rəqibinin çevrəsindən kənar durması üçün Quram Çixladzeyə xəbərdarlıq edib.

Onların görüşü zamanı gürcü “qanunda oğru” Nadir Səlifovun fikirlərini qəbul etmədiyini və Rövşən Lənkəranskinin qohumları ilə dost qalacağını deyib. Bu zaman görüşdə iştirak edən və “Lotu Quli”nin çevrəsindən olan qazax mənşəli Arman adlı şəxs gürcü avtoriteti döyüb. Döyüldüyünü görən Çixladze ərazidən uzaqlaşaraq İsrailə uçub.

 

İnsidentin ciddi kriminal müharibəyə səbəb olub-olmayacağı bilinmir. Belə ki, Quram Çixladze “Kutaisi kriminal qruplaşması”nın əsas simalarından biri sayılır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi