Modern.az

Seymur Həzi azadlığa çıxdı - FOTOLAR

Seymur Həzi azadlığa çıxdı - FOTOLAR

29 Avqust 2019, 07:44

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan həbsdəki jurnalist Seymur Həzi 5 ildən sonra bu gün azadlığa çıxıb.

Modern.az-ın məlumatına görə, bu barədə onun həyat yoldaşı, müsavatçı fəal Nigar Həzi xəbər verir. O, Seymur Həzinin bü gün səhər saatlarında həbsxanadan buraxıldığını bildirib

Seymur Həzi 2014-cü il avqustun 29-da Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında tanımadığı adama qarşı zor tətbiq etməkdə suçlanaraq, saxlanılıb. Abşeron rayon Məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub.

Seymur Həzi və Nigar Həzi 2016-cı ilin avqustun 2-də 17 saylı cəzaçəkmə müəssisəsində nikah bağlayıblar. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir