Modern.az

Ali Sovetin keçmiş sədrinin ailəsinə yas düşdü

Ali Sovetin keçmiş sədrinin ailəsinə yas düşdü

Allah rəhmət eləsi̇n

5 Sentyabr 2019, 08:51

Tarix İnstitutunun "Beynəlxalq Münasibətlər Tarixi" şöbəsinin elmi işçisi Cahangir Rufulla oğlu Xəlilov vəfat edib.

Bu barədə Modern.az-a Tarix İnstitutundan məlumat verilib.

Cahangir Xəlilov 1964-cü ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1995-ci il 24 noyabr tarixindən AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunda çalışırdı.

O, Azərbaycan-Amerika əlaqələri tarixini araşdırırdı. 

Qeyd edək ki, mərhum Cahangir Xəlilov Azərbaycan Ali Sovetinin keçmiş sədri Qurban Xəlilovun nəvəsidir.

Allah rəhmət edləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu