Arxiv
11 Sentyabr 2019, 11:40 | AKTUAL
Azərbaycanın hava limanlarından daşınan sərnişin SAYI

“2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarında 3,81 milyon sərnişinə xidmət göstərilib”.

Bu barədə Modern.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki,  bunun da 85% -i (3,21 milyon nəfər) paytaxt hava limanının - Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşmüşdür ki, bu da ötən ilin analoji göstəricisindən 5,2% çoxdur. 2019-cu ilin yanvar-avqust ayları ərzində Naxçıvanın hava limanı 450 min nəfərə xidmət göstərib, 101 min sərnişinə xidmət göstərmiş Gəncənin hava limanı üçüncü yerdədir.

 

2019-cu ilin 8 ayı ərzində Milli aviadaşıyıcı AZAL 1,4 milyon sərnişinə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” isə 382 min sərnişinə xidmət göstərib.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,8 milyon nəfər təşkil edib.  Populyar aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı Türk Hava Yolları (Türkiyə, 329 min sərnişin), “FlyDubai” (BƏƏ, 178 min), “Aeroflot” (Rusiya, 134 min), “AirArabia” (BƏƏ, 117 min), “UIA” (Ukrayna, 83 min), “Qatar Airways” (Qətər, 74 min), “Lufthansa” (Almaniya, 46 min) və “SCAT” (Qazaxıstan, 40 min) daxil olmuşdurlar.

 

2019-cu ilin avqust ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda aktiv sərnişin aviaşirkətlərinin sayı 33-dür. Ümumilikdə onlar 60-dan çox müxtəlif istiqamətlərə uçuşlar həyata keçirmişdirlər.

 

Hal-hazırda Bakının hava limanına altı xarici aşağıbüdcəli aviaşirkəti – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNAS” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja) birbaşa uçuşlar həyata keçirir.

 

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir. Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hindistanda leysan zamanı 18 nəfər öldü 18 Oktyabr 2021, 00:50 “Google”dan müstəqilliyimizin bərpası gününə özəl dudl 18 Oktyabr 2021, 00:30 Xudafərinin işğaldan azad edilməsinin ildönümüdür 18 Oktyabr 2021, 00:15 Müstəqilliyimizin bərpasından 30 İL ÖTÜR 18 Oktyabr 2021, 00:00 Fransanın Belarusdakı səfiri ölkəni tərk etdi 17 Oktyabr 2021, 23:38 22 yaşlı oğlan məktəbin həyətində özünü asdı 17 Oktyabr 2021, 23:15 Tehranda Müstəqilliyin Bərpası Günü qeyd olundu 17 Oktyabr 2021, 22:53 Suriyada yeni konstitusiyanın hazırlanması barədə razılıq 17 Oktyabr 2021, 22:30 Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 4-cü yeri tutdu 17 Oktyabr 2021, 22:14 Zəngilanda qurulan “Ağıllı kənd” - VİDEO 17 Oktyabr 2021, 21:56 Klinton xəstəxanadan evə buraxıldı 17 Oktyabr 2021, 21:37 Qətərin XİN başçısı Azərbaycana gəlir 17 Oktyabr 2021, 21:14 Mehriban Əliyeva Vətən Müharibəsi Qəhrəmanları ilə GÖRÜŞDÜ 17 Oktyabr 2021, 20:59 "Qarabağ" "Sabah"a qalib gəldi 17 Oktyabr 2021, 20:40 QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi 17 Oktyabr 2021, 20:28 Daha bir avtobusda gediş haqqı kartla ödəniləcək 17 Oktyabr 2021, 20:15 Azərbaycanla bağlı məlumatlar London bilbordlarında 17 Oktyabr 2021, 19:39 İlham Əliyev: "Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi" 17 Oktyabr 2021, 19:21 “Neftçi”-“Sumqayıt” oyunu heç-heçə başa çatdı 17 Oktyabr 2021, 19:20 "18 oktyabrı böyük təmtəraqla qeyd etmək yersizdir" - Prezident 17 Oktyabr 2021, 19:17 Füzuli Memorial Kompleksinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 19:13 İlham Əliyev və birinci xanım Füzuli Mərkəzi Şəhər parkında 17 Oktyabr 2021, 19:12 Prezident və birinci xanım Füzuli aeroportunda 17 Oktyabr 2021, 19:09 Prezident: "9 ayda neft sənayesi 20 faiz artıb" 17 Oktyabr 2021, 18:05 Prezidentdən memorial SƏRƏNCAMI 17 Oktyabr 2021, 17:59 İlham Əliyev: "O günü yaxınlaşdırmışıq” 17 Oktyabr 2021, 17:51 Prezident: "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır" 17 Oktyabr 2021, 17:49 Vaksinasiyadan keçənlərin bu günə olan statistikası 17 Oktyabr 2021, 17:40 Bu gün yoluxanların sayı  17 Oktyabr 2021, 17:38 Avstraliyada şəhidlərimizin xatirə guşəsi 17 Oktyabr 2021, 17:30 Prezident: "Cəmi 8 ay ərzində... inşa edildi" 17 Oktyabr 2021, 17:28 “17 oktyabr tarixdə xüsusi yer tutacaq”  17 Oktyabr 2021, 17:22 Prezidentlə xanımı ictimaiyyət nümayəndələri ilə görüşdü 17 Oktyabr 2021, 17:14 Füzuli şəhərinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 17:12 Ərdoğan Afrika turuna çıxdı 17 Oktyabr 2021, 17:11