Modern.az

BMU-nun komandası birinci oldu - FOTO

BMU-nun komandası birinci oldu - FOTO

Aktual

Bu gün, 10:57

Bakı Mühəndislik Universitetinin (BMU) “Qırmızı cəsurlar” komandası Müdafiə Sənayesi Nazirliyinin “Milli tədqiqatların dəstəklənməsi proqramı” çərçivəsində həyata keçirilən “Milli energetik materialların inkişafı proqramı”nda birinci yerə layiq görülüb.

Bu barədə Modern.az-a universitetdən məlumat verilib. Qaliblərin mükafatlandırılması və proqramın 2025-2026-cı tədris ili üzrə yekunlarına həsr olunan hesabat və “Məzun günü” Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda keçirilib. Komandaya mükafatı müdafiə sənayesi naziri Vüqar Mustafayev təqdim edib.

Tədbirdə universitet-sənaye əməkdaşlığının inkişafına verdiyi töhfəyə görə BMU rəhbərliyi xüsusi təşəkkürnamə ilə təltif olunub. Həmçinin proqramı uğurla başa vuran universitet tələbələrinə sertifikatlar təqdim edilib.

Bildirilib ki, əldə olunan nəticə BMU-da elmi-tədqiqat fəaliyyətinin inkişafı, innovativ yanaşmaların təşviqi və tətbiqyönümlü mühəndislik həllərinin hazırlanması istiqamətində görülən işlərin uğurlu nəticəsidir.

Komandanın qələbəsi universitetdə formalaşmış elmi potensialı, tələbə və gənc tədqiqatçıların innovativ layihələrə cəlb olunmasını, habelə universitet-sənaye əməkdaşlığının səmərəliliyini əks etdirir. Bu nailiyyət, eyni zamanda, ölkədə müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində milli elmi-tədqiqat potensialının gücləndirilməsi və yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasına BMU-nun verdiyi töhfənin göstəricisidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!