Modern.az

Haluk Leventlə bağlı qərar verildi 

Haluk Leventlə bağlı qərar verildi 

Aktual

Bu gün, 12:35


Türkiyənin məşhur müğənnisi və "Ahbap" xeyriyyə fondunun təsisçisi Haluk Levent hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Məlumata görə, onunla yanaşı daha 17 nəfər də istintaqa cəlb olunub.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun yaydığı məlumata əsasən, Haluk Levent "Dərnəklər haqqında" qanunun pozulması, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və cinayətkar təşkilatda iştirak etməkdə şübhəli bilinir.



İstintaq materiallarında qeyd olunur ki, 2020–2026-cı illər ərzində Haluk Leventlə əlaqələndirilən bank hesabları vasitəsilə təxminən 990 milyon türk lirəsi həcmində maliyyə əməliyyatları aparılıb. Araşdırma zamanı qumar fəaliyyəti ilə əlaqəli hesablara iri məbləğdə vəsait köçürüldüyü və bununla bağlı müxtəlif maliyyə sxemlərinin müəyyən edildiyi iddia olunur.
Bundan əlavə, istintaqın məlumatına görə, "Ahbap" fondunun hesablarından Haluk Leventin köməkçisinin şəxsi hesabına təxminən 120 milyon türk lirəsi köçürülüb.


Qeyd olunur ki, bu məlumatlar istintaq çərçivəsində irəli sürülən iddialardır və yekun hüquqi qiymət məhkəmə araşdırmasının nəticəsində veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!