Modern.az

Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ

Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ

15 Sentyabr 2019, 12:10

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  15 sentyabr – Bilik günü münasibəti ilə bütün şagird və tələbələri təbrik edib.


Modern.az-ın məlumatına görə, Mehriban Əliyeva  rəsmi "İnstagram" səhifəsində yerləşdirdiyi  təvrikdə bildirib:


"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi