Modern.az

Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı

Aktual

16 Sentyabr 2019, 22:33

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  "Trend"ə istinadən  xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı binanın qarşısında qeydə alınıb.

Bakı şəhər sakini - 1983-cü il təvəllüdlü Abdullayev Qalib Malik oğlu həmin ünvanda tanımadığı naməlum şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə