Modern.az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi

17 Sentyabr 2019, 16:03

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə 6-16 yaş kateqoriyasında olan məktəblilər üçün “Rəngarəng Türk Dünyası” adlı beynəlxalq rəsm müsabiqəsi elan edib.

Modern.az xəbər verir ki, rəsm əsərlərində türk xalqlarının şanlı tarixi, mədəniyyət və incəsənəti, adət-ənənələri, yerləşdiyi ərazinin coğrafi xüsusiyyətləri əks etdirilməlidir.
Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan müsabiqə istedadlı, rəsmlə maraqlanan məktəblilərə dəstək olmaq, eyni zamanda türkdilli xalqların zəngin mədəni irsini təbliğ etmək və gənc nəsil arasında yaşatmaq məqsədini daşıyır.
Müsabiqədə iştirak etmək arzusunda olanlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə rəsm əsərlərini 1 oktyabr 2019-cu il tarixinədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna A.Bakıxanov 73A, Bakı şəhəri, Azərbaycan Respublikası, həmçinin, [email protected] ünvanına göndərməlidirlər.
Münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək qaliblər hədiyyə və sertifikatlarla təltif olunacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi