Modern.az

İstanbulda zəlzələ oldu

İstanbulda zəlzələ oldu

24 Sentyabr 2019, 12:54

Bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərində zəlzələ olub.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ saat 11 radələrində İstanbulda və ətraf vilayətlərdə hiss edilib. Kandilli, Mərmərə dənizi istiqamətindəki zəlzələ 4.7 bal gücündə ölçülüb.

Zəlzələnin ən çox hiss edildiyi Silivri ərazisində orta məktəblər tədbir məqsədilə boşaldılıb.

Zəlzələ nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!