Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər Ukrayna ilə danışıqlar mərhələsinə gəlinərsə, görüşlərin Minskdə keçirilməsi mümkündür. O xatırladıb ki, 2022-ci ildə Rusiya-Ukrayna danışıqları məhz Belarusun paytaxtında başlamışdı.
Modern.az xəbər verir ki, Putinin sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko “mübahisəli məsələlərin sülh yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri hərtərəfli dəstəkləməyə hazırdır”.
“Əminəm ki, əgər nə vaxtsa danışıqlara başlanılarsa, Belarusun imkanlarından da istifadə etmək olar”, – deyə Rusiya lideri Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin müxbiri Pavel Zarubinə müsahibəsində bildirib.
İyunun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinə açıq məktub ünvanlamışdı. Zelenski münaqişənin nizamlanması ilə bağlı danışıqların üçüncü ölkədə – İsveçrə, Türkiyə və ya ərəb dövlətlərindən birində keçirilməsini təklif etmişdi.
Ukrayna prezidenti Moskvada danışıqlar aparmaqdan imtina edib. Buna cavab olaraq Putin hazırda Zelenski ilə şəxsi görüş keçirməyin mənasını görmədiyini bildirib.