Modern.az

Sabah yağış, şimşək və dolu yağacaq

Sabah yağış, şimşək və dolu yağacaq

Ölkə

Bu gün, 12:34

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, axşam saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Cənub-qərb küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 18-20, gündüz isə 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçsə də, səhər saatlarından başlayaraq şimal və qərb rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam saatlarında isə yağıntıların bir qədər güclənəcəyi ehtimal edilir.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 16-20, gündüz 28-33, dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 17-22, bəzi yerlərdə 23-28 dərəcə isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada