Modern.az

Ermənistanda parlament sədrinin müavini postuna 5 namizəd - ADLAR

Ermənistanda parlament sədrinin müavini postuna 5 namizəd - ADLAR

Dünya

Bu gün, 13:42

Ermənistanda parlament sədrinin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi mərhələsi başa çatıb.

Modern.az xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” Partiyasından bu vəzifəyə 5 deputatın namizədliyi təqdim edilib: Vahan Aleksanyan, Alxas Kazaryan, Arman Yeqoyan, Arusyak Julhakyan və parlament sədrinin seçkilərindən “kənarda qalan” Hayk Konjoryan.

Hakim partiyanın idarə heyəti iki sədr müavinini qapalı gizli səsvermə yolu ilə seçəcək. Üçüncü sədr müavini postu isə müxalifət üçün nəzərdə tutulub.

Xatırladaq ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyası ötən həftə Ruben Rubinyanın parlamentin sədri vəzifəsinə namizədliyini irəli sürüb. Ruben Rubinyan hazırda Ermənistan parlementinin sədr müavini vəzifəsində çalışır. O, həmçinin Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsidir.
Qeyd edək ki, “Vətəndaş müqaviləsi” Partiyasında parlament sədri vəzifəsinə üç namizəd nəzərdən keçirilirdi: parlamentin hazırkı sədri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan və “Vətəndaş müqaviləsi” fraksiyasının lideri Hayk Konjoryan.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada