Arxiv
9 Oktyabr 2019, 12:34 | PARLAMENT
“Bələdiyyələrdən mühüm gözləntilərimiz var” - Qarşıdakı seçki nə vəd edir?..

Azərbaycan 2019-cu ilin bələdiyyə seçkilərinə hazırlaşır. Yerli özünüidarəetmə orqanlarına seçkilər dekabrın 27-də keçiriləcək

Milli Məclisin üç deputatı bu dəfə Modern.az-a təxminən iki aydan sonra baş tutacaq bələdiyyə seçkilərindən danışıblar.

 

Deputat Rüstəm Xəlilov bildirib ki, Azərbaycanda hər beş ildən bir keçirilən  bələdiyyə seçkiləri yerli özünüidarəetmə qurumlarının fəaliyyətində bəzi dəyişikliklərə gətirib çıxarır:

 

“Əlbəttə ki, bələdiyyələrin fəaliyyəti əvvəlki illərə nisbətən yaxşılaşıb. Sonuncu seçkidə bələdiyyəyə üzv seçilən ali təhsillilərin, gənclərin, qadınların sayı daha yüksək oldu. Bu da o deməkdir ki, bələdiyyə qurumları fəallaşır, fəaliyyəti genişlənir. Şübhəsiz ki, bu ilki bələdiyyə seçkilərində də yeni üzvlər görə biləcəyik”.

 

Rüstəm Xəlilov xatırladıb ki, ölkədə 14 minə yaxın bələdiyyə üzvü var.

 

“Mən düşünürəm ki, bələdiyyə üzvlərinin keyfiyyəti daha da yaxşılığa doğru gedəcək. Bu da gələcəkdə keçirilən seçki proseslərinin fəallığına öz təsirini göstərəcək”.

 

Deputat Tahir Rzayev bildirib ki, bələdiyyə seçkiləri ictimaiyyətin həyatında çox mühüm hadisədir:

 

“Çünki seçkilərdən seçkilərə bələdiyyələrin tərkibi dəyişir və hər seçkidən sonra müəyyən dəyişikliklər baş verir. Bələdiyyələrin tərkibləri mütəxəssislərin, gənclərin, qadınların hesabına güclənir. Artıq dördüncü seçki keçiriləcək ki, hər seçkidən sonra böyük dəyişikliklərin şahidi oluruq”.

 

Tahir Rzayevin sözlərinə görə, bu ilin dekabr ayında keçiriləcək seçkilərin demokratik və şəffaf olacağı şübhə doğurmamalıdır:

 

“Digər tərəfdən mən istəyirəm ki, ən yaxşı adamların bələdiyyəyə gəlməsi təmin  olunsun. Bələdiyyələrdən bizim mühüm gözləntilərimiz var. Onlara aid əsasnamələr var, artıq beynəlxalq aləmə çıxış edirlər. Milli Məclisin elə bir plenar iclası olmur ki, orda bələdiyyələrin vəzifələri haqqında müzakirələr aparılmasın. İstər təhsil, istər mənzil tikintisi, istərsə də ekoloji tarazlıq və digər sosial məsələlər olsun, bunlarla bağlı bələdiyyələrə mühüm səlahiyyətlər verilib”.

 

Deputat Kamran Bayramov bildirib ki, 2014-cü ildən bu yana bələdiyyə korpusları yaradılıb.

 

“Qanunvericiliyimizə əsasən, bələdiyyələr beş illik müddətə seçilir. Builki bələdiyyə seçkilərinin nəticələri ilə bağlı qabaqcadan nəsə söyləmək düzgün deyil. Təbii ki, bu Azərbaycan xalqının, seçicilərin ixtiyarında olan bir məsələdir”.

 

Kamran Bayramov bildirib ki, Azərbaycanda bələdiyyə korpusu formalaşdıqca, keyfiyyət yaxşılaşır.

 

“Ötən seçkilərdə ali təhsillilərin sayı xeyli artmışdı. Bələdiyyəyə seçilənlərin 89%-dən çoxunu ali təhsillilər təşkil etdi. Onlardan 35%-i qadın, 36%-i isə gənclər olmuşdu. Bu o deməkdir ki, artıq bələdiyyə qurumuna əhali tərəfindən xeyli maraq var. Mən əminəm ki, vətəndaşlarımız bu seçkilərdə də yetəri qədər fəal olacaqlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanın tanınmış jurnalisti vəfat edib 20 Yanvar 2020, 12:09 Azərbaycanda 1 dəqiqəlik sükut 20 Yanvar 2020, 12:01 Əsrin faciəsi: 20 Yanvar FOTOLARDA   20 Yanvar 2020, 11:18 Azərbaycanın əsas xarici ticarət tərəfdaşları 20 Yanvar 2020, 11:09 Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı... 20 Yanvar 2020, 11:00 Lənkəranda 20 Yanvar faciəsi qurbanları yad edilib - FOTO 20 Yanvar 2020, 10:55 Əhəd Abıyev 20 Yanvar faciəsi ilə bağlı görüb bildiklərini danışdı - VİDEO 20 Yanvar 2020, 10:50 “İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov 20 Yanvar 2020, 10:43 Siyavuş Novruzov: “Biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk” 20 Yanvar 2020, 10:35 Bərdə seçiciləri Zahid Orucu belə qucaqladılar - FOTOLAR   20 Yanvar 2020, 10:30 Məcburi köçkünlərin yaşadığı binada YANĞIN 20 Yanvar 2020, 10:23 Bakı metrosunda 1 dəqiqəlik sükut olacaq 20 Yanvar 2020, 10:16 Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN   20 Yanvar 2020, 10:08 İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi - VİDEO 20 Yanvar 2020, 10:00 Rəşad Camalov seçicilərlə ilk görüşünü keçirib - FOTO 20 Yanvar 2020, 09:54 Şuşa TV-nin keçmiş əməkdaşı: “20 Yanvarda AzTV partladılmışdı, ermənilər də bizim televiziyanın işinə əngəl törədirdilər”   20 Yanvar 2020, 09:47 Ceyhun Məmmədov məcburi köçkünlərlə görüşüb - FOTO 20 Yanvar 2020, 09:38 20 Yanvardan sonra qaboy yas müsiqi alətinə çevrildi – Kamil Cəlilov: “Şəhidlərin ah-naləsinə qaboyum ağlayırdı” 20 Yanvar 2020, 09:29 Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı 20 Yanvar 2020, 09:20 Bakıda QƏZA: Xəsarət alan var 20 Yanvar 2020, 09:10 Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb 20 Yanvar 2020, 09:02 Ağcabədidə təhlükəli tapıntı - FOTO 20 Yanvar 2020, 08:53 ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub 20 Yanvar 2020, 08:40 “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07 30 illik qürur tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir 20 Yanvar 2020, 00:01 "Tələsmədən işləməliyik" 19 Yanvar 2020, 23:57 Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08
SORĞU Yeni parlamentdə kimlər olsun?