Arxiv
11 Oktyabr 2019, 14:16 | İQTİSADİYYAT
“Azərbaycan bu marşrutla sərnişinlərin daşınmasına tam hazırdır” - Cavid Qurbanov

“Bu ilin sonunadək “Azərbaycan Dəmir Yolları” QSC iki yeni “Stadler qatarı satın alacaq”.

 

Modern.az-ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov jurnalistlərlə söhbətində deyib.

 

“İsveçrə istehsalı olan yeni qatarların vaqonları Rusiya istehsalı olan əvvəlki vaqonlardan keyfiyyətli səs izolyasiyası və təkər səsini udan qurğuların olması ilə fərqlənir. Ümumilikdə onların sayı 40-a çatır. Bu qatarlar yüksək sürət xarakteristikası, eləcə də keyfiyyət göstəriciləri ilə fərqlənir”, - deyə QSC sədri bildirib.

 

C.Qurbanovun sözlərinə görə, 2019-cu ildə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə 400 min tondan çox yük daşınıb. O bildirib ki, bu günədək qurum 30-35 milyon dollar məbləğində yol-tikinti texnikası satın alıb.

 

“Bu günədək 1000 kilometr dəmir yolu xətti təmir olunub, eləcə də 3 100 yeni vaqon alınıb. Azərbaycanda dəmir yollarının 60 faizə qədəri elektrikləşdirilib” – deyən deputat həmçinin bildirib ki, Azərbaycan qonşu ölkələrə Bakı-Tbilisi-Qars dəmiryol dəhlizi ilə sərnişin daşımalarının təşkili məqsədilə kömək edir.

 

“Azərbaycan bu marşrutla sərnişinlərin daşınmasına tam hazırdır. Amma Gürcüstan və Türkiyə tərəfinin sərnişin daşımaları üçün zəruri lokomotivləri yoxdur. Mövcud lokomotivlərin isə əyləc sistemi ilə bağlı problemləri mövcuddur. Azərbaycan bu məsələlərin həll olunması üçün qonşu tərəfdaş ölkələrə hər cür kömək göstərməyə hazırdır”.

 

C.Qurbanov bu ilin ilk doqquz ayı ərzində Azərbaycanın dəmir yolları ilə Rusiyaya 700 min ton yük daşındığını da qeyd edib. QSC sədrinin sözlərinə görə, Türkmənistandan yüklərin daşınmasında da artım müşahidə olunur:

“Lapis Lazuli” nəqliyyat dəhlizində yük daşımalarının artdığı da görünür”.

 

Sədr “Azərbaycan Dəmir Yolları" QSC-nin gələcək hədəfləri barədə də məlumat verərək bildirib ki, Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını planlaşdırırlar.

"Bundan başqa Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırırıq", - deyə C.Qurbanov bildirib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02 Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib 23 Fevral 2020, 15:46 Magistraturaya qəbul imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 23 Fevral 2020, 15:35 Ərləri, sevgililəri, qohumları tərəfindən öldürülən qadınlar... 23 Fevral 2020, 15:30 Berlində soydaşlarımızla görüş olub – FOTOLAR 23 Fevral 2020, 15:04 Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı 23 Fevral 2020, 14:43 Türkiyədə zəlzələdə ölü sayı 8-ə çatdı 23 Fevral 2020, 14:31 XİN-dən İrana gedən azərbaycanlılara koronavirus ÇAĞIRIŞI 23 Fevral 2020, 14:16 Baş redaktor 29 yaşında həyatını itirdi 23 Fevral 2020, 14:00 Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi özünü asdı 23 Fevral 2020, 13:39 Bakıda sabah 11 dərəcə isti olacaq 23 Fevral 2020, 13:23 İsrailin Çindəki səfiri karantinǝ alındı 23 Fevral 2020, 13:14 İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: 7 ölü, 5 yaralı 23 Fevral 2020, 13:02