Arxiv
15 Oktyabr 2019, 17:11 | AKTUAL
Vətəndaşlığı olmayan 1966 nəfərin Azərbaycanda yaşaması qanuniləşib

2019-cu ilin 9 ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində (DMX) 542541 müraciət qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu DMX-nin mətbuat xidmətindən bildirilib.

 

“9 ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətinin uzadılmasına görə isə 60863 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

 

Ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar DMX tərəfindən 11061 qərar qəbul edilib”.

 

Mətbuat xidmətininin məlumatında bildirilib ki, qərarlardan 6050-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub.

 

“Onlardan  4084-ü ölkəni tərk etmə, 1966-sı ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.

Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 4616 qərardan 848-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 3768-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı  olub”.

 

DMX-nin mətbuat xidmətinin məlumatına əsasən, 212 qərar müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi ilə bağlıdır.

 

“Qərarlardan 100-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada, onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 71, qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı 12 qərar qəbul edilib.

 

Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat hökuməti ehtiyac meyarını ləğv etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 16:33 İlham Əliyev rusiyalı rəsmiləri qəbul edib - YENİLƏNİB 13 Noyabr 2019, 16:32 Erasmus+ KA2 layihəsi çərçivəsində müzakirələr aparılıb   13 Noyabr 2019, 16:27 İlham Əliyev Yevlaxla bağlı sərəncam imzaladı 13 Noyabr 2019, 16:27 Əlyazmalar İnstitutundan deputata CAVAB verildi 13 Noyabr 2019, 16:22 Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF 13 Noyabr 2019, 16:21 Texniki Universitetə yeni mətbuat katibi TƏYİN OLUNDU   13 Noyabr 2019, 16:15 İlham Əliyev Cavid Qurbanovu qəbula ÇAĞIRDI: “Sizi dəvət etmişəm ki...” 13 Noyabr 2019, 16:10 Bakıya yeni atraksionlar gətiriləcək 13 Noyabr 2019, 16:03 Tağıyevin Mərdəkandakı evi təmir olunur 13 Noyabr 2019, 15:56 Prezident tapşırığı: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur” 13 Noyabr 2019, 15:50 İcra başçısı məktəbliləri yola saldı - FOTO 13 Noyabr 2019, 15:42 Gəncədə narkobaron saxlanılıb 13 Noyabr 2019, 15:35 Mehriban Əliyeva şəhid ailəsinin əlindən alınan evi özünə qaytardı  13 Noyabr 2019, 15:27 Naqif Həmzəyev: 2020-ci ilin büdcəsi əhalinin rifah halına hesablanıb 13 Noyabr 2019, 15:20 İcra başçısı yerli məmurlara tapşırıq verdi - FOTO 13 Noyabr 2019, 15:13 İcbari tibbi sığorta Bakı və Sumqayıta şamil edilməyəcək? - Rəsmi AÇIQLAMA 13 Noyabr 2019, 15:06 Vaqif Əsədov xəstəxanaya yerləşdirildi 13 Noyabr 2019, 15:04 Dünyanın ən zəngin azərbaycanlısı 6 gündə 600 milyon dollar GERİLƏDİ 13 Noyabr 2019, 14:57 Prezident İranın nümayəndə heyətini qəbul edib - YENİLƏNƏCƏK   13 Noyabr 2019, 14:49 BMU-nun rektoru beynəlxalq şirkətin nümayəndələri ilə görüşüb   13 Noyabr 2019, 14:36 Vitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF 13 Noyabr 2019, 14:30 Ramiz Mehdiyev AMEA-da islahatlara başlayır 13 Noyabr 2019, 14:23 Azərbaycan-Uels oyununu bu məşhur hakim idarə edəcək 13 Noyabr 2019, 14:16 Prezident nə istəyir? 13 Noyabr 2019, 14:10 AFFA bu klubları cərimələdi - SİYAHI 13 Noyabr 2019, 14:07 Nazir Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərini ELAN ETDİ 13 Noyabr 2019, 13:53 Sahil Babayev İşsizlikdən Sığorta Fondunun büdcəsindən DANIŞDI 13 Noyabr 2019, 13:50 Nazir müavini Ucarda dərs prosesini izləyib - FOTOLAR 13 Noyabr 2019, 13:47 Qarabağ separatçılarına qadın başçılıq edə bilər – FOTO 13 Noyabr 2019, 13:45 Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana gəlir - İLK DƏFƏ 13 Noyabr 2019, 13:38 Zahid Orucdan hökumətə ÇAĞIRIŞ:  Deputat bəzi məmurları “ZƏLİ” adlandırdı 13 Noyabr 2019, 13:35 Elmi impact məqalələrə görə Azərbaycan dünyada 92-ci yerdədir 13 Noyabr 2019, 13:27 Gələn ilin büdcə layihəsi I oxunuşda qəbul edildi 13 Noyabr 2019, 13:19 Sabahın hava proqnozu AÇIQLANDI 13 Noyabr 2019, 13:15