Modern.az

Bakının iki rayonu 3 saat işıqsız qalacaq

Bakının iki rayonu 3 saat işıqsız qalacaq

Aktual

Bu gün, 08:59

Bu günYasamal və Nizami rayonlarının bəzi ərazilərində bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan Modern.az-a verilən məlumata görə, iyunun 22-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq küçəsi, Mətbuat və Parlament prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV