Arxiv
15 Oktyabr 2019, 17:37 | AKTUAL
Binəqədidə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi

15 oktyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi və Xətai rayon təşkilatlarının birgə təşkilatçılığı ilə YAP fəallarının, Binəqədi və Xətai rayonlarının ictimaiyyətinin nümayəndələrinin, Qarabağ qazilərinin, həqiqi hərbi xidmətdə olan zabit və əsgərlərin, gənclərin iştirakı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində də əsas məqsəd ictimaiyyət, xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi və bu istiqamətində maarifləndirmənin həyata keçirilməsidir.

 

Tədbirdən öncə dövlət başçısı cənab İlham Əliyevin sentyabrın 30-da Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışına həsr olunmuş videoçarx nümayiş etdirildi.

 

Giriş nitqi ilə tədbiri açıq elan edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev çıxışında bildirdi ki, müstəqil və müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə ölkəmizdəki ordu quruculuğu prosedindən danışdı. Xalqımızın qəlbində əbədi və təkrarsız məhəbbət qazanmış ulu öndərimizin siyasi kursunun bu gün də cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirildiyini söylədi. Dövlətimizin inkişafı, xalqımızın rifahı, ərazi bütövlüyümüzün dönməzliyinin təmin edildiyini, dünyada mövqeyinin daha da möhkəmləndirildiyini diqqətə çatdırdı.

 

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Bayramov çıxışında vurğuladı ki, Ermənistan və onun havadarları münaqişənin sülh yolu ilə həllinə daim manelər törədir. Ermənistanın bu mövqeyi dünyada sülhə əsl təhdiddir. Zaman-zaman Ermənistan rəhbərliyi tərəfindən atəşkəs rejiminin pozulması, dinc əhalimizə qarşı ölümlə nəticələnən silahlı hücumlar və onların sərsəm bəyanatları xalqımızda haqlı olaraq ikrah hissi oyadır. Lakin dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli mövqeyini, sülhsevər cəhdlərini bütün dünya, xüsusilə xalqımız alqışlayır və qürurla qarşlayır.

 

Qarabağ qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev isə nitqində qeyd etdi ki, Prezident cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini əks etdirən məlum çıxışı Paşinyanın uydurma bəyanatına qaçılmaz cavab idi. Onun sözlərinə görə hər bir veteran cənab Ali Baş Komandanın əmrinə müntəzirdir və torpaqlarımızın tezliklə azad edilməsi, mənfur düşmənə qarşı mübarizədə Prezident cənab İlham Əliyevin əmrini gözləyir.

 

Azərbaycan Respublikası Mülki Müdafiə Qоşunlarının həqiqi hərbi xidmətdə olan əsgəri Fəsli Nəbiyev ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keeçirilən uğurlu ordu islahatlarından danışdı. Ordumuzun günü-gündən inkişaf etdiyini, öz torpaqlarmızı düşməndən azad etməyə hər an hazır olduğunu bildirdi. O, həmçinin zabit və əsgərlərin hərtərəfli inkişafı, sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətinə görülən dövlət tədbirlərindən bəhs etdi.

 

Tədbirdə eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət səsləndirildi.

 

Tədbir bədii hissə ilə davam etdirildi. Sonda kollektiv xatirə şəkilləri çəkdirildi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33 Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU 22 Noyabr 2019, 16:30 Prezident Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrdı 22 Noyabr 2019, 16:29 İlham Əliyev Naxçıvanla bağlı daha bir sərəncam verdi 22 Noyabr 2019, 16:24 “Hər 3 namizəd Ombudsman olmağa layiqdir” - Hikmət Babaoğlu 22 Noyabr 2019, 16:19 Prezident Naxçıvan Nazirlər Kabinetinə 500 min manat ayrdı 22 Noyabr 2019, 16:17 Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı 22 Noyabr 2019, 16:14 Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi 22 Noyabr 2019, 16:09