Modern.az

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni MƏTBUAT KATİBİ təyin olundu - FOTOLAR  

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni MƏTBUAT KATİBİ təyin olundu - FOTOLAR  

21 Oktyabr 2019, 17:41

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri dəyişdirilib.

 

Modern.az xəbər verir ki, bu vəzifəyə Hüseyin Altınalan təyin olunub. O, oktyabrın 11-dən etibarən Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. 

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında çıxış edən Hüseyin Altınalan Azərbaycanda olmaqdan məmnun olduğunu deyib:

“Allah vətənimə və millətinə xidmət etməyi nəsib etsin. Bu vəzifəyə layiq olmağa çalışacağam”.

Hüseyn Altınalın buna Anadolu Agentliyinin bölgə müdiri vəzifəsində çalışıb.

H.Altınalan Selçuk Universitetində bakalavr, Mərmərə Universitetində isə magistr təhsilini alıb.Altınalan tələbə illərində müxtəlif media qurumlarında çalışıb. 2012-ci ildən etibarən Anadolu Agentliyində fəaliyyətə başlayıb.2015-ci ilədn isə İstanbul bölgə müdiri  vəzifəsində çalışıb. 

 

Xatırladaq ki,  H.Altınalan  Bakıda  6 il bu vəzifəni daşıyan Hamit Karadenizi əvəz edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır