Arxiv
29 Oktyabr 2019, 15:05 | QARABAĞ
Qarabağın azərbaycanlı icması fransız professorlara etiraz etdi

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransanın Lill Universitetinin müəllim və professor heyətinin Qarabağa qanunsuz səfəri ilə bağlı etiraz bəyanatı verib.

 

Modern.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Dağlıq Qarabağdakı qondarma rejimin yaratdığı “Azad Vətən” adlı “partiya”nın təşkilatçılığı ilə Fransanın Lill Universitetinin bir qrup müəllim və professor heyəti Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər ediblər.

 

"Ermənistan mediasının verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində müxtəlif sahələr üzrə elm adamları yer alıb. Qanunsuz səfər zamanı Lill Universitetinin əməkdaşları “Şuşa Texnologiya Universitetin”də  olub, gələcək “əlaqələrə” dair fikirlər səsləndiriblər.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bildirir ki, qədim ənənələri olan Lill Universitetinin müəllim və professorlarının  Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etməsini ciddi məsuliyyətsizlik və beynəlxalq hüquqa hörmətsizlik kimi qəbul edir. Həmçinin bu “səfər” dünyada elektronika və nanotexnologiyalar sahəsində elmi kəşflərə imza atan bir universitetin nüfuzuna ciddi şəkildə xələl gətirir. Necə ola bilər ki, belə bir universitetin müəllim və professor heyəti hansı ərazilərə gətirildiklərindən xəbərsiz olsunlar? Görəsən bir dəfə də olsun bu insanlar internetdə Dağlıq Qarabağın tarixi, Ermənistanın bu əraziləri necə işğal etməsi haqqında bilgi toplamağa çalışıblarmı? Ən əsası, Lill Universitetinin müəllim və professorlarının  Fransanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyindən və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğundan xəbəri varmı?  Əgər yoxdursa, bu elm adamları üçün həqiqətən utanc gətirən bir məsələdir. Yox əgər Lill Unversitetinin professorları Fransanın mövqeyini bilə-bilə Dağlıq Qarabağa qanunsuz səfər edirlərsə, deməli bu həm də Fransanın rəsmi mövqeyinə hörmətsizlikdir. 

 

Digər tərəfdən Fransa ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyası həyata keçirir. Belə olan halda Lill Unversitetinin müəllim və professorlarının Dağlıq Qarabağa qanunsuz səfər etmələri həm də bu ölkənin danışıqlarda tərəfsiz vasitəçi nüfuzunu şübhə altında qoyur.    

 

Biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması etirazımızı Fransanın Lill Universitetinin rəhbərliyinə də çatdırırıq. Hesab edirik ki, sözügedən universitetin rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş azərbaycanlı sakinlərin təbii insan hüquqlarına təhqir hesab edilən bu qanunsuz səfərlə bağlı ciddi tədbirlər görəcək və bu kimi halların təkrarlanmasına yol verməyəcək", - deyə bəyanatda bildirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17 Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq 13 Aprel 2021, 10:12 “Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək” - Hacı Şahin 13 Aprel 2021, 10:06 Qafqaz Müsəlmanları İdarəsində seçkilər: gündəmdə deyil 13 Aprel 2021, 10:00 Prezident universitetdə çıxış edir - CANLI 13 Aprel 2021, 09:54 Ötən gün 8 koronavirus xəstəsi yaxalandı, 3 nəfərə cinayət işi açıldı 13 Aprel 2021, 09:48 DİM bu tarixlərdə 25 şəhər və rayonda buraxılış imtahanı keçirəcək 13 Aprel 2021, 09:42 Azərbaycanda yaşa görə pensiya alanların sayı AÇIQLANDI 13 Aprel 2021, 09:36 Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı 13 Aprel 2021, 09:30 Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır? 13 Aprel 2021, 09:24 Deputatlar bu gün 9 məsələyə görə TOPLAŞIR 13 Aprel 2021, 09:18 Neftin bahalaşması davam edir 13 Aprel 2021, 09:12 "İnstaqram"ın işində problem yarandı 13 Aprel 2021, 09:06 Çində koronavirusla bağlı SON VƏZİYYƏT 13 Aprel 2021, 09:00 Siyəzəndə 18 yaşlı qız su kanalında batıb 13 Aprel 2021, 08:52 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 13 Aprel 2021, 08:45 ABŞ-ın yeni Müdafiə naziri qadın olacaq 13 Aprel 2021, 08:38 Bir qrup jurnalist Cəbrayıl və Qubadlıya getdi 13 Aprel 2021, 08:30 Ürək krizi keçirən xəstəyə ilk tibbi yardım 13 Aprel 2021, 08:22 Çavuşoğlu ilə ABŞ-ın Dövlət Katibi arasında telefon danışığı olub 13 Aprel 2021, 08:15 Bu gündən MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir 13 Aprel 2021, 08:08 Toy mərasimi keçirmək istəyən 12 nəfər cərimələndi 13 Aprel 2021, 08:00 Xankəndidə ofis yeri yox, İcra Hakimiyyəti binası axtarılmalıdır... 13 Aprel 2021, 07:54 Azərbaycanda bu şəxslərin maaşı iki dəfə artırılır 13 Aprel 2021, 01:00 Hindistan Rusiya peyvəndindən də istifadə edəcək 13 Aprel 2021, 00:47 Türkiyə xüsusi təyinatlılarının gecə paraşütlə tullanma görüntüləri - VİDEO 13 Aprel 2021, 00:32 Teledərslərin bu günə olan CƏDVƏLİ 13 Aprel 2021, 00:16 Türkiyədə yeni yoluxmaların 85 faizini “Britaniya” ştammı təşkil edir - Nazir 13 Aprel 2021, 00:02 Sülhməramlılar erməniləri Gəncəsərə də APARDI 12 Aprel 2021, 23:49 Peskovdan Türkiyə açıqlaması 12 Aprel 2021, 23:32 Dünyanın ən bahalı klubları - SİYAHI 12 Aprel 2021, 23:18 “24 saata 105 kilometr ərazini işğaldan azad etdik” - DSX-nin polkovniki 12 Aprel 2021, 23:03