Modern.az

Özünə diqqət ayırmayan telejurnalist: “Ad gününə elə də önəm vermirəm”

Özünə diqqət ayırmayan telejurnalist: “Ad gününə elə də önəm vermirəm”

5 Noyabr 2019, 13:26

Bu gün tanınmış telejurnalist Bəxtiyar Səlimovun doğum günüdür.

Bəxtiyar Səlimov 1982-ci il noyabr ayının 5-də  Kəlbəcər rayonunun Bəylik kəndində anadan olub. Orta məktəbə 1-5 ci sinfə qədər Kəlbəcər rayonunda yerləşən kənd məktəbinə gedib. Lakin qaçqınlıq səbəbindən Kəlbəcərdə cəmi 5 il təhsil ala bilir. Ailəsi ilə birlikdə Bakıya gələrək, bir çox orta məktəblərdə oxuyur. Ali məktəbin bakalavr səviyyəsi üzrə təhsilini, Azərbaycan Beynəlxalq Universitetinin “jurnalistika” fakültəsində alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə qəbul olub.

Uşaqlıqdan jurnalistikaya olan həvəs Bəxtiyarı elə juralistika fakültəsinə qəbul olmağa vadar edir. Müsahibələrinin birində jurnalistakaya həvəsi haqqında danışarkən maraqlı bir məqamı söyləyib: “Jurnalistikaya həvəsim lap uşaqlıqdan başlayıb, hətta evdə sarımsaq döyəni əlimə alıb güzgünün qarşısına keçirdim. Özümü telejurnalistlərə bənzədirdim”.

 

Qeyd edək ki, telejurnalist 15 il media sahəsində çalışıb. Bəxtiyar Səlimov  bir çox telekanallarda İctimai Televiziyada, ATV, ANS, “Space”,eyni zamanda “Üç nöqtə” qəzetində  də çalışıb. İlk rəsmi iş yeri isə, ANS televiziyası olub.

 

Bəxtiyar Səlimov adgünü təssüratlarını Modern.az-la bölüşərək, hazırkı fəaliyyəti haqqında da məlumat verib:

 

“Artıq bir il iki aydır “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətininin İctimayyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıram. Eyni zamanda, “Türküstan.info” saytında redaktor kimi də işləyirəm. Belə deyək, tam olaraq jurnalist fəaliyyətimdəm uzaqlaşmamışam. Yəni hələ də media sahəsində çalışıram”.

 

Bəxtiyar Səlimov ad günü təbriklərindən də danışıb:

“İnanın ki, səhərdən telefonum dayanmır. Hər birinə ayrılıqda təşəkkürümü bildirirəm ki, məni diqqətdən kənara qoymurlar. İlk təbrikləri jurnalist həmkarlarımdan aldım. Eyni zamanda, 15 il parlament müxbiri kimi çalışdığıma görə, dəyərli millət vəkillərimizdən də təbrik mesajı alıram. Daha sonra diplomatik korpuslardan, səfirliklərdən zənglər gəlir. Ancaq mən ad gününə elə də önəm verən insan deyiləm. Mənə nədənsə adi gün kimi gəlir. Bəzi vaxtlar olub ki, televiziyada işlədityim zaman o qədər gərgin iş qrafiki olurdu ki, Hava Limanına gedib qonaqları qarşılamışam. Yəni özümə xüsusi diqqət ayırmamışam. Bu gün də həmişəki kimi öz evimizdə ailəmlə birlikdə qeyd edəcəm. Modern.az komandasına da öz təşəkkürümü bildirirəm ki, mənə dəyər verib, təbrik edirsiniz. Diqqətinizə görə minnətdaram, hər zaman var olun”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır