Modern.az

Daha bir partiya bələdiyə seçkilərindən imtina etdi

Daha bir partiya bələdiyə seçkilərindən imtina etdi

11 Noyabr 2019, 10:40

2019-cu il noyabrın 10-da Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keşirilib. İclasda ölkədəki mövcud-ictimai siyasi vəziyyət, bələdiyyə seçkiləri, təşkilatı və cari məsələlər müzakirə olunub.

 

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə birinci məsələ ətrafında geniş məruzə edən VİP sədri Əli Əliyev ölkədə yaranmış durumu ətraflı təhlil edib. O, rəsmi təbliğatda “islahat” kimi qələmə verilən dəyişikiliklərin imitasiyadan başqa bir şey olmadığını vurğulayaraq, hakimiyyətin real islahatlara getmək niyyətinin görünmədiyini deyib. Ə.Əliyev VİP-in real müxalifət qüvvələri arasında əməkdaşlığın hər zaman tərəfdarı olduğunu qeyd edərək, indiki şəraitdə cəmiyyətdəki narazı kəsimin təşkilatlandırılmasının vacibliyini önə çəkib. VİP sədri ölkə iqtisadiyyatında neqativ tendensiyaların davam etdiyini bildirərək, neftdən asılılığın aradan qaldırılması istiqamətində əsaslı addımların atılmadığını, əhalinin sosial müdafiəsinin təmin olunmasına yönəlik tədbirlərin yetərsizliyini diqqətə çatdırıb. 

 

VİP-in bələdiyyə seçkilərində iştirakına dair fikirlərini bildirən Məclis üzvləri ölkədə seçki mühitinin dəyişməz qaldığını əsas götürərək, partiyanın bələdiyyə seçkilərində iştirak etməməsi haqqında qərar qəbul ediblər.

 

İclasda VİP sədrinin təqdimatı ilə partiyanın Siyasi Şurasında yaranmış vakansiyalara namizədlər irəli sürülərək, təsdiqlənib. Məclis VİP Mərkəzi Aparatının yenidən formalaşdırılması üçün Ə.Əliyevə və VİP Siyasi Şurasına müvafiq səlahiyyət verib.

 

Məclisin iclası cari  məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi