Modern.az

Bakı Şəhər Baş Polis İdarəsi: 15 nəfər Müsavatın piketində iştiraka cəhd göstərib

Bakı Şəhər Baş Polis İdarəsi: 15 nəfər Müsavatın piketində iştiraka cəhd göstərib

12 Noyabr 2019, 16:53

Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının bugünkü icazəsiz pileti barədə məlumat yayıb.

Modern.az-a daxil olan məlumatda bildirilir ki, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunmuşdu. 


“Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlara müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar edilmişdi.

Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfərdən ibarət şəxs Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərib. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb”,- deyə rəsmi məlumatda qeyd olunub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu