Modern.az

Gəncədə mikroavtobus piyadanı vurub

Gəncədə mikroavtobus piyadanı vurub

Aktual

13 Noyabr 2019, 19:47

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 3 saylı marşrut xətti ilə işləyən “Qazel” markalı mikroavtobus yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ