Modern.az

İŞİD-in daha  615 üzvü təslim oldu

İŞİD-in daha  615 üzvü təslim oldu

16 Noyabr 2019, 23:03

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının 615 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Modern.az Türkiyə mediasına  istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Nanqarhar əyalətinin Açin rayonunda İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 615 nəfər təslim olub və onların arasında uşaq və qadınlar, həmçinin xarici ölkə vətəndaşaları var.

Antiterror əməliyyatı davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi