Modern.az

İcbari tibbi sığortanın tətbiqi 4 mərhələli olacaq - Bakı və Sumqayıt sona qaldı

İcbari tibbi sığortanın tətbiqi 4 mərhələli olacaq - Bakı və Sumqayıt sona qaldı

25 Noyabr 2019, 16:41

“İstər tibb müəssisələrinin tibb heyəti, istərsə də əhali prosesin həyata keçirilməsi üçün görülən hazırlıq işlərini yüksək səviyyədə dərk edə bilmirdilər. Bu da başa düşüləndir. Çünki əhali tam şəkildə bu xidmətdən istifadəyə etməyib”.

 

Modern.az xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev parlamentdə “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. O qeyd edib ki, prosesin mürəkkəbliyini nəzərə alaraq agentlik hökumət qarşısında məsələ qaldıraraq gələn il ölkədə icbari sığortanın mərhələli şəkildə tətbiqini təklif edib:

 

“Təklif ondan ibarətdir ki, 2020-ci ildə ölkə üzrə proses 4 mərhələli olacaq. Belə ki, I rübdə şimal hissəsi üzrə 20 rayon, II rübdə qərb bölgəsi üzrə 17 rayon, III rübdə cənub bölgəsində 14 rayon, IV rübdə isə Bakı, Sumqayıt və Abşeron rayonunda icbari tibbi sığortadan yararlanacaq. Bununla da 2020-ci ilin sonuna kimi bütün ölkədə icbari sığortanın tədbiqi nəzərdə tutulur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi