Bu gün Milli Məclisdə təmsil olunan bitərəf deputatlar da parlamentin buraxılması ilə bağlı iclas keçiriblər.
Modern.az xəbər verir ki, iclasın yekununda bitərəf deputatlar adından parlamentin buraxılması ilə əlaqədar Milli Məclisə müraciət etmək qərara alınıb.
Daha əvvəl YAP-çı deputatlar adından parlamentin buraxılması ilə əlaqədar Milli Məclisə müraciət edilib.
Qeyd edək ki, Milli Məclisin dekabrın 2-də keçiriləcək iclasında deputatların parlamentin buraxılması ilə bağlı müraciətinə baxılacaq. Məsələyə baxıldıqdan sonra Milli Məclis adından Azərbaycan Prezidentinə müraciət ünvanlanacaq.