Arxiv
1 Dekabr 2019, 13:56 | HADİSƏ
Əli Həsənov Qarabağ İcmasına gətirildi 

Baş nazirin sabiq müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinə üzv qəbul edilib.

 

Bu barədə məlumatı Modern.az-a icmanın İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov da təsdiqləyib. O qeyd edib ki, Əli Həsənovun İdarə Heyətinə üzv qəbul edilməsi ayın əvvəlində keçirilən iclasda təsdiq edilib:

 

 “Ayın əvvəlində İdarə Heyətinin iclası çağırıldı. Həmin iclasda Əli Həsənov özü də iştirak edirdi və onun üzv qəbul edilməsi təsdiqləndi”.

 

"Əli Həsənov dövlətçilik, idarəçilik, rəhbərlik təcrübəsinə malik insandır. O, Yeni Azərbaycan Partiyasının da sədr müavinidir. Eyni zamanda,  uzun illər müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərib. O, həmişə Heydər Əliyev siyasətinə sədaqəti ilə seçilib. Onun Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü seçilməsi icmanın işinin daha da fəallaşmasına köməkdir”, - Elman Məmmədov əlavə edib.

 

İcmadan Modern.az-a verilən digər məlumatda isə Əli Həsənovun İdarə Heyətinə üzvlüyü məsələsinin dekabr ayının sonunda təsdiqlənəcəyi bildirilib:

 

“Hələlik bu, rəsmi məlumat deyil. Dağlıq Qarabağın Azərbaycanlı icmasının dekabrın sonunda üçüncü qurultayı keçiriləcək. Sözügedən məsələyə həmin qurultayda baxılacaq”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda 2 maşın toqquşdu: yaralı var 6 Dekabr 2019, 00:51 Avropa Birliyi "Google"u yenidən araşdıracaq 6 Dekabr 2019, 00:32 Mövlud Çavuşoğludan Qarabağ açıqlaması 6 Dekabr 2019, 00:13 “Yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır” - İlham Əliyev 5 Dekabr 2019, 23:51 “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir” - Prezident 5 Dekabr 2019, 23:32 Azərbaycan nefti bahalaşıb 5 Dekabr 2019, 23:14 ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham etdi 5 Dekabr 2019, 22:56 Qızıl  payızdan qızılı düşüncələr... - FOTOLAR 5 Dekabr 2019, 22:42 Azərbaycanla İrlandiya əməkdaşlığı müzakirə olundu 5 Dekabr 2019, 22:33 Rusiya diplomatı "qara siyahı"ya saldı 5 Dekabr 2019, 22:17 Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxıldı 5 Dekabr 2019, 21:59 Xidməti it sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı 5 Dekabr 2019, 21:29 Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı 5 Dekabr 2019, 21:15 Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?