Modern.az

“Qarabağ”da psixoloji gərginlik var” - Qurban Qurbanov

“Qarabağ”da psixoloji gərginlik var” - Qurban Qurbanov

Aktual

2 Dekabr 2019, 23:22

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu".

Modern.az "Report"a istinadən xəbər verir ki, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIII turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, istədikləri oyunu göstərə bilməyiblər: "Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram”.

- Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?

- Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.

- Komanda Avrokubok matçından sonra gərginliyi üzərindən ata bilib?

- Çox yadımıza salsaq, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təhqir edənlərin dediklərini 10 qatı ilə sülaləsinə qaytarıram