Modern.az

Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı

Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı

5 Dekabr 2019, 17:23

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq Baş prokuror Qevorq Kostanyana qarşı cinayət işi açıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o 2008-ci il 1 mart hadisələri ilə bağlı məsuliyyətə cəlb oluna bilər.

 

Kostanyan cinayət məcəlləsinin “vəzifə səlahiyyətlərini aşma”, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “ağır və ya xüsusilə ağır cinayət işini gizlətmə” və s. maddələrlə təqsirləndirilir.

 

Noybarın 25-də ona 48 saat ərzində istintaqa gəlməsi üçün vaxt verilmişdi. Hazırda Kostanyanın Rusiyada olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır