Modern.az

"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

İdman

Bu gün, 17:30

"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Modern.az xəbər verir ki, bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən, Bakı təmsilçisi bu mərhələnin 1-ci qrupunun yarımfinalında Monteneqronun "Buduçnost" klubu ilə qarşılaşacaq.

Cütün qalibi finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.

I mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşüi isə 25-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV