Modern.az

Baydenin oğluna iş verdilər

Baydenin oğluna iş verdilər

Dünya

Bu gün, 17:14

ABŞ-nin sabiq prezidenti Co Baydenin Hanter Bayden Cənubi Kaliforniyada fəaliyyət göstərən narkoloji reabilitasiya mərkəzində işə qəbul olunub.

Modern.az xəbər verir ki, bu barədə "Newsmax" telekanalı məlumat yayıb.

Məlumata görə, Hanter Bayden mərkəzdə məsləhətçi vəzifəsində çalışacaq. O, eyni zamanda reabilitasiya mərkəzinin nəzdində fəaliyyət göstərən xeyriyyə fondunun icraçı direktoru postunu tutacaq.

Qeyd edək ki, Hanter Bayden daha əvvəl X sosial şəbəkəsində paylaşdığı məlumatda artıq 7 ildir narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdi.

Bununla yanaşı, "The New York Post" daha əvvəl Hanter Baydenin böyük məbləğdə borclar səbəbindən Kaliforniyada gizləndiyini yazmışdı.

Nəşrin məlumatına görə, onun Vaşinqtondakı hüquqşünaslar komandasına təxminən 17 milyon dollar, biznesmen və keçmiş tərəfdaşı Kevin Morrisə 5 milyon dollar, adı açıqlanmayan bir sənət əsərləri satıcısına isə 1 milyon dollardan çox borcu var.

Beləliklə, Hanter Bayden yeni vəzifəyə təyin olunsa da, onun maliyyə problemləri hələ də ABŞ mediasının diqqət mərkəzində qalmaqdadır.

Sizə yeni x var
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV