Modern.az

Rusiya Ermənistana nota verdi

Rusiya Ermənistana nota verdi

Dünya

18 İyun 2026, 16:31

Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən sovet memorialının təhqir olunması ilə əlaqədar İrəvana etiraz notası göndərib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə məlumat verib.

Zaxarova bildirib ki, Moskva Gümrüdəki sovet memorialının təhqir olunmasını qəbuledilməz hesab edir və məsələ ilə bağlı Ermənistan tərəfinə rəsmi etiraz notası təqdim edib.

Rusiya XİN rəsmisi hadisənin araşdırılacağına və günahkar şəxslərin məsuliyyətə cəlb ediləcəyinə ümid etdiklərini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələr olacaq?