Modern.az

Tələbələr arasında intellektual yarış keçirilib - FOTO

Tələbələr arasında intellektual yarış keçirilib - FOTO

Aktual

Bu gün, 16:44

Gəncə Dövlət Universitetində (GDU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tələbə Elmi Cəmiyyəti və Qiyabi şöbənin birgə təşkilatçılığı ilə intellektual yarış keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Qiyabi şöbənin müdiri Elsevər Nağıyev, Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova, TEC idarə heyətinin üzvləri, müəllimlər və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Pərvin Kərimzadə bildirib ki, yarışın əsas məqsədi tələbələr arasında bilik mübadiləsini təşviq etmək, komanda ruhunu gücləndirmək və şəhərsalma-memarlıq sahəsinə marağı artırmaqdır.

Elsevər Nağıyev isə vurğulayıb ki, bu cür intellektual yarışlar tələbələrin nəzəri biliklərini praktik müstəvidə nümayiş etdirməsinə, məntiqi düşüncə bacarıqlarını inkişaf etdirməsinə və sağlam rəqabət şəraitində öz potensiallarını sınamalarına şərait yaradır.

İntellektual yarış üç mərhələdə – “Dünyagörüşü”, “Şəhərsalma və Memarlıq” və “Tarix və Mədəni İrs” mövzuları üzrə təşkil olunub. Ümumilikdə 30 sualdan ibarət yarışda komandalar bilik, sürət və məntiq bacarıqlarını nümayiş etdiriblər. Cavablar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Yekun nəticələrə əsasən, “Elm Yolçuları” komandası birinci yerə layiq görülüb. “Zəfər Nəbzi” komandası ikinci, “Zəfər Zirvəsi” komandası isə üçüncü olub.

Qaliblər pul mükafatı və fəxri fərmanlarla təltif ediliblər. Yarışın bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV