Modern.az

Yaralı azərbaycanlıların vəziyyəti açıqlandı - RƏSMİ 

Yaralı azərbaycanlıların vəziyyəti açıqlandı - RƏSMİ 

Aktual

Bu gün, 16:22

İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görən gəmilərdə yaralanan Azərbaycan vətəndaşlarının səhhəti ilə bağlı son vəziyyət məlum olub.

Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, hadisə zamanı yaralanan vətəndaşlarımız artıq sağalıblar.

"Yaralılar sağalıb və evə buraxılıblar", – deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərinin heyət üzvləri olan 25 Azərbaycan vətəndaşından 4 nəfər həlak olmuş, 4 nəfər isə - Rəşad Mədətxanov, Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli yaralanmışdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV