Modern.az

Deputat Yevda Abramov vəfat etdi

Deputat Yevda Abramov vəfat etdi

6 Dekabr 2019, 20:24

V çağırış Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib.


Deputat Vahid Əhmədovun  Modern.az-a verdiyi məlumata görə, dəfn mərasimi bazar günü - dekabrın 8-i saat 12:00-da Qubada keçiriləcək:

“Qubada “Mədəniyyət evi”ndə vida mərasimi keçiriləcək. Allah rəhmət eləsin!”

Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. 2015-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi. Milliyətcə yəhudidir.
11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov “Şöhrət” ordeni ilə təltif edilib. 4 övladı var.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır