Arxiv
9 Dekabr 2019, 14:53 | ÖLKƏ
“Bu namizədlərin seçkilərdə uğur qazanması mümkün deyil” - Ekspert

“Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Seçkilərdə iştirak etmək istəyən kifayət qədər namizəd olsa da, onların seçki texnologiyası, təbliğat-təşviqat kampaniyası haqqında bilikləri çox zəifdir”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı söyləyib. O, qeyd edib ki, namizədlər kampaniyanın aparılması qaydalarını dərk edə bilmirlər:

 

“Namizədin seçki qərargahı olmalıdır. Buraya müxtəlif mütəxəssislər, ekspertlər dəvət olunmalıdır. Hüquqşünas, imicmeyker, kampaniya rəhbəri olmalıdır. Namizədlərin bu kimi məsələlərdən xəbərləri yoxdur. Təkcə plakat hazırlatdırıb, divarlara yapışdırmağı bilirlər. Düşünürlər ki, kampaniya aparmaq elə bundan ibarətdir. Yaxşı olar ki, namizədlər seçki kampaniyasına başlamazdan əvvəl bu kimi məqamlarla maraqlansınlar, sonra öz seçki kampaniyasını qurmağa başlasınlar. Namizədlərə seçki texnologiyaları haqqında təlim keçirilməsinə böyük ehtiyac var.

Seçkilərdə iştirak etmək istəyən namizədlərin vaxt, insan və  maddi resursları olmalıdır. Bu 3 resursu olmayan namizədin demokratik seçkilərdə uğur qazanması mümkün deyil”.

 

M.Zülfüqarlı vurğulayıb ki, insanlar seçki kampaniyasına az pul xərcləyib, çox nəticə əldə etmək istəyirlər:

 

“Halbuki maddi resurs namizəd üçün mütləqdir. Məsələn, kimsə hansısa dairədən namizədliyini veribsə, onun ən azı 40 məntəqədə müşahidəçisi olmalıdır. Həmin müşahidəçilərə müəyyən qədər haqq ödənməlidir. Namizədin vəkili, kampaniyasını təşkil edən insanlar, plakatını hazırlatdırıb, çap edəcək vəsait, nəqliyyat vasitəsi və s. olmalıdır. Bunları regionlarda camaata deyəndə tutulub qalır. Hər kəsin namizədlik vermək hüququ var. Amma qeyd etdiyimiz resurslar olmadan namizədin uğur qazanması mümkün deyil”.

 

Azərbaycanda imicmeyker probleminin olmasına da toxunan M.Zülfüqarlı hesab edir ki, gənc imicmeykerlər olsa da, namizədlər onlara pul ödəyib, müqavilə bağlamaq istəmirlər:

 

“Namizdələr seçki kampaniyasına pul xərcləmək istəmirlər. Seçki kampaniyasına barmaqarası baxırlar. Elə namizəd var ki, tək bir şüarla hər şeyi həll edir. Amerika prezidentlərindən biri “reklama ehtiyacı olmayan prezident” şüarı ilə seçkilərin qalibi olub. Bizdə bu sahə həddindən artıq geridə qalıb. Azərbaycanda imicmeykerlər demək olar, yoxdur. Elə bir şəxs varmı ki, ofis açsın, seçki kampaniyası ilə bağlı öz xidmətlərini təklif etsin, hansısa namizəd isə onunla müqavilə imzalayıb, imicinin formalaşdırılmasını ona həvalə etsin? Olsa belə, imicmeykerlərə pul vermirlər. Adətən namizəd öz qohum-əqrəbasını başına yığır, ekspertlərin etməli olduğunu qohumlarına tapşırır. Bu bəsit kampaniyaları geridə buraxmalıyıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Prokurorluqda 100-dən artıq əmr ləğv edildi 5 Avqust 2020, 14:57 “Simpsonlar” Beyrutdakı partlayışla bağlı dünyanı heyrətləndirdi - FOTO 5 Avqust 2020, 14:55 Azərbaycanlı Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”... 5 Avqust 2020, 14:43 Bu ölkələrə koronavirus yenidən qayıdır - SİYAHI 5 Avqust 2020, 14:40 Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir 5 Avqust 2020, 14:33 DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək 5 Avqust 2020, 14:29 Agentlikdən pandemiya ilə mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər barədə AÇIQLAMA 5 Avqust 2020, 14:25 Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib 5 Avqust 2020, 14:20 Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub 5 Avqust 2020, 14:13 Azərbaycanda COVID-19 virusuna yoluxmuş 10 nəfərə cinayət işi açılıb 5 Avqust 2020, 14:13 Baş Prokurorluqda generalın oğluna vəzifə verildiyi təzə xəbər deyilmiş - AÇIQLAMA 5 Avqust 2020, 14:10 Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42 Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb 5 Avqust 2020, 12:33 Beyrutdakı partlayışda azı 5 erməni həlak olub 5 Avqust 2020, 12:22 Deputatdan hökumətə ÇAĞIRIŞ: “İşləməyən minlərlə insan nə ilə dolanmalıdır?” 5 Avqust 2020, 12:18 “Təhsil haqları yarıbayarı azaldılmalıdır” - Deputatdan TƏKLİF 5 Avqust 2020, 12:12 Təhsil komitəsinin sədri: TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə qaydalar hazırlamalıdır 5 Avqust 2020, 12:10 Növbəti 6 ayda neftin qiymətinin 35 dollar olması proqnozlaşdırılır - Nazir 5 Avqust 2020, 11:59 Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib 5 Avqust 2020, 11:57