Modern.az

Hərbi çağırışdan boyun qaçıranlara cinayət işi açıldı

Hərbi çağırışdan boyun qaçıranlara cinayət işi açıldı

Ölkə

15 Sentyabr 2026, 10:59

Hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun məlumatında bildirilib.

Qeyd edilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə aparılmış araşdırma nəticəsində iki çağırışçının tibb müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, qanuni əsas olmadan növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Diqqətə çatdırılır ki, qanuni əsas olmadan hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcəkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu