Modern.az

Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq

Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq

Aktual

12 Dekabr 2019, 15:12

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

 

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, hərəkət təmir aparılan hissələr üzrə qismən məhdudlaşdırılacaq.

 

Bundan başqa Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil 10-30 kilometrlik hissəsində, hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

 

Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Sizə yeni x var
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq