Modern.az

Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA

Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA

12 Dekabr 2019, 18:03

Dekabrın 10-da Finlandiyada dünyanın ən gənc baş naziri seçildi. Modern.az xəbər verir ki, 34 yaşlı Sanna Marin sələfi Antti Rinnenin istefasından dərhal sonra bu postu tutub.

 

Maraqlıdır ki, xanım baş nazirin qələbəsi ilə, Finlandiya dünyada qadınların əsas siyasi postlarda təmsil olunduğu əsas ölkəyə çevrilib. Belə ki, ölkənin 5 əsas siyasi partiyasının hər birinin başında qadın lider durur.

 

32 yaşlı Katri Kulmuni Mərkəzçi Partiyasının, 34 yaşlı Mariya Oxisalo Yaşıl Liqasına, 32 yaşlı Li Andresson – Sol Alyansına, 55 yaşlı Anna-Mayya Henrikson Finlandiyanın İsveç Xalq Partiyasına başçılıq edir.

 

2014-2015-ci illərdə Finlandiyanın baş naziri olmuş Aleksandr Stub hökumətin başında 5 qadının dayanmasını “Finlandiyanın müasir və proqressiv ölkə olmasının sübutu” kimi dəyərləndirib.

 

Hökumətdə təmsil olunacaq qadınların 5-dən 4-nün 35 yaşa qədər olması isə, yerli media tərəfindən “siyasətdə artan qlobal gənclər hərəkatının həyatadavamlılıq nümunəsi” adlandırılıb.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi