Modern.az

Rusiya ABŞ-dan narazıdır: Lavrov da heç nəyi dəyişə bilmədi

Rusiya ABŞ-dan narazıdır: Lavrov da heç nəyi dəyişə bilmədi

15 Dekabr 2019, 23:01

Rusiya-ABŞ münasibətləri elə bir dərin böhran vəziyyətindədir ki, hətta Xarici İşlər naziri Sergey Lavrovun səfəri belə vəziyyəti dəyişməyə və müsbətə doğru yönəlməyə kömək etmədi.

Modern.az xəbər verir ki, bu barədə Prezident Vladimir Putinin mətbuat katıbı Dmitri Peskov açıqlama verib.

"Optimizm üçün hər hansısa bir səbəbin olduğunu düşünmürəm", - deyə Peskov bildirib.

Xatırladaq ki, Sergey Lavrov dekabrın 10-da Vaşinqtona səfər edərək ABŞ Dövlət katibi Mayk Pompeo və Prezident Donald Trampla görüşüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir