Modern.az

Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün qapadır

Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün qapadır

Aktual

15 Dekabr 2019, 23:20

"Əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etsə, Türkiyə bu hərbi bazanı Birləşmiş Ştatlara bağlayacaq.  İncirlik bazasının (ABŞ üçün) bağlanması haqqında qərar bizə aiddir. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kurəciyi bağlayacağıq".

 

Modern.az  xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber" telekanalının efirində bildirib.


Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlayacaqlarını bildirmişdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!