Modern.az

Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO

Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO

18 Yanvar 2020, 11:17

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadənin ilk görüşü 100 yaşlı, Böyük Vətən Müharibəsi veteranı Qüdrət Cəfərovla olub.

 

Pərvin Kərimzadə Qüdrət Cəfərovun yaşadığı evə gedərək, ağsaqqalla, görüşüb, ailə üzvləri ilə səmimi söhbət edib.

 

Bir əsrlik tarixi yol keçən Qüdrət Cəfərov xatirələrini bölüşüb, onun fəaliyyətinə verdiyi qiymətə,qayğıya görə dövlətimizə, dövlətimizin Başçısına minnətdarlığını bildirib,ən xoş arzularını ifadə edib.

 

100 yaşlı Böyük Vətən Müharibəsi veteranı bildirib ki, 9 fevral Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər günü şəxsən özü seçki məntəqəsinə gedərək hakim partiyanın - Yeni Azərbaycan Partiyasının namizədi Pərvin Kərimzadəyə səs verəcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...