Ukrayna Prezidenti Volodimir Zelenski Rüstəm Umerovun Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, İqor Klimenkonun Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi təyin edilməsi barədə fərmanlar imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Rüstəm Umerov 2023–2025-ci illərdə Ukraynanın müdafiə naziri vəzifəsində çalışıb. Bundan sonra Zelenski onu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin etmişdi.
İqor Klimenko daha əvvəl Ukraynanın daxili işlər naziri işləyib.
***
Ukrayna Prezidenti Volodimir Zelenskinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edəcəyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə UNIAN agentliyinə məlumatlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, dövlət başçısı yaxın vaxtlarda Rustem Umerovun Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunması barədə qərar verəcək.
Məlumata əsasən, Umerovun yerinə - Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi vəzifəsinə Ukraynanın sabiq daxili işlər naziri İqor Klimenkonun gətiriləcəyi gözlənilir.
Zelenski Rustem Umerovu Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin edir