İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına geniş müsahibə verib.
Modern.az xəbər verir ki, İRNA-nın məlumatına görə, bu səmimi reportajda Məsud Pezekian hökumətin son iki ildəki nailiyyətlərini və hərəkətlərini izah edərkən, xüsusilə müharibə və danışıqlar mövzusunda cari məsələlərdən danışıb.
İRNA Agentliyi Pezeşkianın müsahibəsinin videoanonsunu yayıb. Qısa videoda İran Prezidenti heç bir halda istefa verməyəcəyini bildirib:
“Əgər istefa verəcək olsaydım, bunu açıq şəkildə elan edərdim. İstefa verməyəcəyəm və mübarizəni davam etdirəcəyəm”.
O, həmçinin Ali Lider Müctəba Xamenei və silahlı qüvvələrlə fikir ayrılıqları iddialarını təkzib edərək, onlarla tam harmoniya içində çalışdığını vurğulayıb.
“Hamı bilir ki, hər hansı bir fikir ayrılığı yaranarsa, silahlı qüvvələr Xamenei ilə birlikdə olacaq”, - deyə o əlavə edib.
Prezidentin söhbəti bu gecədən etibarən dörd hissədə yayımlanacaq.