Modern.az

Qatlanan "iPhone" sentyabrda təqdim olunacaq

Qatlanan "iPhone" sentyabrda təqdim olunacaq

Aktual

Bu gün, 02:17

Apple-ın ilk qatlana bilən smartfonu hesab edilən iPhone Fold-un 2026-cı ilin sentyabr ayında təqdim olunacağı ilə bağlı yeni iddialar ortaya çıxıb. 

Modern.az xəbər verir ki, istehsal prosesində yaşanan çətinliklər artıq həll edilib və cihazın təqdimat tarixində hər hansı gecikmə gözlənilmir.

Çinin Weibo platformasında paylaşımlar edən və Apple sızıntıları ilə tanınan Fixed Focus Digital bildirib ki, iPhone Fold layihəsində heç vaxt rəsmi gecikmə olmayıb. Onun sözlərinə görə, problemlər yalnız ilkin istehsal mərhələsində, kiçik test partiyasından kütləvi istehsala keçid zamanı ortaya çıxmışdı.

Məlumata əsasən, istehsal həcmini artırmaq ilk vaxtlar çətin olsa da, bu maneələr artıq aradan qaldırılıb. Sızıntı müəllifi həmçinin qeyd edir ki, bu proses zamanı cihazın dizaynında və ya əsas konstruksiyasında ciddi dəyişiklik edilməyib. Fixed Focus Digital iddia edir ki, satışa çıxacaq son model Apple-ın 2026-cı ilin əvvəlində planlaşdırdığı versiya ilə demək olar ki, eyni olacaq. O, hətta gələcəkdə cihazın sökülərək analiz ediləcəyini və bunun dediklərini təsdiqləyəcəyini də bildirib.

Bu iddia son dövrlərdə təchizat zəncirindən yayılan məlumatlarla da üst-üstə düşür. Həmin məlumatlarda qeyd olunurdu ki, iPhone Fold üçün komponent istehsal edən şirkətlər istehsalı plan üzrə davam etdirir və onlara hər hansı ciddi gecikmə barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Xəbəriniz Var?